Reklam resmi
Reklam resmi

Şimali Koreya Rusiyaya daha 6 min hərbçi göndərir

Şimali Koreya Rusiyaya daha 6 min hərbçi göndərir
Dünya

Yaxın vaxtlarda Şimali Koreya Rusiyaya 6 min əlavə hərbçi göndərməyi planlaşdırır.

Ajans.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Kirill Budanov deyib.

Onun sözlərinə görə, Şimali Koreya 50-100 ədəd M2010 tankları və BTR-80 zirehli transportyorları da göndərmək niyyətindədir:

“Bütün hərbi texnika və qoşunların xərclərini Kreml ödəyir. Söhbət on milyardlarla dollardan gedir və dünyanın ən təcrid olunmuş iqtisadiyyatlarından biri olan Şimali Koreya iqtisadiyyatı üçün bu, böyük puldur”.

author picture
Leyla Bayandurlu
Mövzular:
Şimali Koreya Rusiya

Digər Xəbərlər