Ajans.az xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında qeyd edilib.

Məlumata görə, pərakəndə satışda benzinin qiymətinin artımı ardıcıl üçüncü həftədir (iyulun 22-dən) inflyasiyanı üstələyir.

Bundan əvvəl yanacağın qiyməti ölkədəki orta qiymət artımından aşağı idi.

Yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiymətləri inflyasiya səviyyəsindən xeyli aşağıdır (1,92%-ə qarşı 4,2%).

Bildirilir ki, avqustun 5-dən 11-dək olan həftə ərzində benzinin qiyməti 0,41%, dizelin qiyməti 0,01% artıb, deflyasiya isə 0,08% təşkil edib.

Qeyd edək ki, bir qədər Rusiyanın Energetika Nazirliyindən bildirilmişdi ki, yanacağın qiymətinin əsassız artması riskləri minimaldır.

Neft məhsulları bazarı iqtisadiyyatın tələbatını tam ödəməklə profisit balansını saxlayır.