Reklam resmi
Reklam resmi

Hindistanda yol qəzası: 11 ölü, 12 yaralı

Hindistanda yol qəzası: 11 ölü, 12 yaralı
Dünya

Hindistanın Racastan əyalətində, Dausa-Manoharpur magistral yolunda baş verən yol qəzasında qadın və uşaqlar da daxil olmaqla ən azı 11 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Hadisə barədə Times of India məlumat yayıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,zərərçəkənlər Xatu Şyam məbədində namazdan qayıdarkən qəza baş verib. Pikap yük maşını ilə konteyner yüklü ağır yük maşınına çırpılıb. Qəza zamanı pikapda 31 nəfər olub.

Hadisə yerinə gələn tibbi və təhlükəsizlik qüvvələri yaralılara ilkin yardım göstərib və onları yaxınlıqdakı xəstəxanalara çatdırıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan yol qəzası

Digər Xəbərlər