Tramp Administrasiyası Çevik Reaksiya Qüvvəsi yaratmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkədə mümkün iğtişaşların qarşısını almaq üçün yeni Çevik Reaksiya Qüvvəsi formalaşdırmağı nəzərdə tutur.
Ajans.az The Washington Post-a istinadən xəbər verir ki,xüsusi təyinatlı qüvvələrə Milli Qvardiyanın yüzlərlə hərbçisi daxil olacaq. Onların əsas vəzifəsi kütləvi etirazlar və ya iğtişaşlar baş verən şəhərlərə operativ şəkildə göndərilməkdir.
Plana əsasən, 600 hərbçi daimi hazırlıq vəziyyətində saxlanılacaq ki, cəmi bir saat ərzində yerləşdirilə bilsinlər. Qüvvə iki qrupa bölünəcək — hər biri 300 nəfərdən ibarət olmaqla Missisipi çayının şərq və qərb hissəsinə nəzarət edəcək. Bunun üçün hərbçilər Alabama və Arizona ştatlarında yerləşən hərbi bazalarda dislokasiya olunacaqlar.
Məlumata görə, bu təşəbbüsün həyata keçirilməsi federal büdcəyə yüz milyonlarla dollara başa gələ bilər.
Mövzular: