Reklam resmi
Reklam resmi

İdmançı Dünya Oyunlarında yıxılaraq dünyasını dəyişib

İdmançı Dünya Oyunlarında yıxılaraq dünyasını dəyişib
Dünya

Çində keçirilən Dünya Oyunları zamanı italiyalı səmti müəyyənetmə idmançısı Mattia Debertolis faciəvi şəkildə dünyasını dəyişib.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,29 yaşlı idmançı avqustun 8-də Çenqduda keçirilən orta məsafə yarışı zamanı yıxılaraq huşsuz vəziyyətdə tapılıb. O, dərhal xəstəxanaya çatdırılsa da, dörd gün sonra – avqustun 12-də vəfat edib. Ölüm səbəbi hələ ki, açıqlanmayıb.

Yarış günü havanın temperaturu 30°C-dən yüksək olub. Debertolis finişə çata bilməyən 12 iştirakçıdan biri kimi qeydə alınıb. O, 2022-ci il dünya çempionatının finalında 5-ci yeri tutmuşdu.

Dünya Oyunlarının təşkilatçıları idmançının ailəsinə və səmti müəyyənetmə ictimaiyyətinə dəstək göstəriləcəyini bildiriblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya Oyunları Çin

Digər Xəbərlər