Reklam resmi
Reklam resmi

Türkiyədə GÜCLÜ YANĞIN: Bir kənd TƏXLİYƏ EDİLDİ - VİDEO

Türkiyədə GÜCLÜ YANĞIN: Bir kənd TƏXLİYƏ EDİLDİ - VİDEO
Dünya

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını səbəbilə təxliyələr başlayıb.

Ajans.az xəbər verir ki, Ümumilikdə, 2090 nəfər təxliyə olunub, 77 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təyyarə, helikopter, çoxlu sayda yanğınsöndürən maşınlar və 760 nəfərlik şəxsi heyət cəlb olunub.

Sakinlərin çoxu dəniz yolu ilə evakuasiya edilib. Xüsusilə də yanğın  Dardanosda bir çox evi məhv edib. Dardanos və Gözəlyalı rayonlarının sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib. 

Gözəlyalı məhəlləsindəki bağ evləri alova büründüyündən, ərazidəki bağ evlərinin sakinlərini təxliyə etmək üçün gəmilər cəlb olunub, 84 nəfərin təxliyə edildiyi bildirilir.

Həkimlər tüstüdən zəhərlənmiş 14 vətəndaşa yerindəcə göstəriblər. Meşə yanğını ilə əlaqədar Çanaqqala boğazından gəmi tranziti də dayandırılıb.

Qeyd edək ki, geniş əraziyə yayılan yanğın küləyin təsiri ilə şiddətlənməkdə davam edir.

Ajans.az hadisə yerindən video görüntüləri sizlərə təqdim edir:

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
meşə yanğın Türkiyə Çanaqqala yaşayış məntəqəsi təxliyə

Digər Xəbərlər