ABŞ-nın bu ştatında zavodda PARTLAYIŞ OLDU
ABŞ-ın Pensilvaniya ştatının Klerton şəhərindəki “U.S. Steel” poladəritmə zavodunda baş verən partlayış nəticəsində ilkin məlumata görə bir neçə nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.
Bildirilir ki, xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində daxil olub.
Pensilvaniya qubernatoru Coş Şapiro administrasiyasının şəhər rəhbərliyi ilə əlaqə saxladığını, vəziyyətin nəzarət altında olduğunu deyib.
“US Steel” poladəritmə zavodunda baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, iki nəfər itkin düşüb, onlarla insan yaralanıb", - deyə məlumat verilib.
Telekanalın məlumatına görə, azı 10 nəfər xəstəxanalara çatdırılıb.

Ajans.az hadisə yerindən gprüntüləri sizlərə təqdim edir:
Bu gönderiyi Instagram'da gör
Mövzular: