Reklam resmi
Reklam resmi

Gürcüstan və Ermənistan baş nazirləri TELEFONLA DANIŞDI

Gürcüstan və Ermənistan baş nazirləri TELEFONLA DANIŞDI
Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ermənistanlı həmkarı Nikol Paşinyan arasında telefon danışığı olub. Onlar regiondakı sülh imkanlarını müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytı məlumat yayıb.

Paşinyan 8 avqustda ABŞ-də keçirilən danışıqların nəticələrini həmkarına təqdim edib və Vaşinqtonda əldə olunan razılaşmalara göstərdiyi açıq dəstəyə görə İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.

Tərəflər qeyd ediblər ki, İrəvan və Bakı arasında sülhün əldə olunması Cənubi Qafqaz regionu üçün yeni imkanlar açır.

Mövzular:
telefon danışıqlar Ermənistan Gürcüstan nazir

Digər Xəbərlər