Türkiyədə son saatda 100 yeraltı təkan qeydə alınıb
Xəbər verdiyimiz kimi, Balıkəsirdə Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ ilk növbədə İstanbulda və Mərmərə bölgəsində hiss olunub, 1 nəfər ölüb, 29 nəfər yaralanıb.
Ərazidə çoxlu sayda evə ciddi ziyan dəyib, zəlzələnin yaratdığı dağıntılar dron görüntüləri ilə lentə alınıb.
AFAD-ın məlumatına görə, 6,1 baldan sonra rayon ərazisində ən böyüyü 4,6 bal olmaqla 100 yeraltı təkan qeydə alınıb.
Mövzular: