Livanda partlayış: 6 əsgər həlak olub
Livanın cənubundakı Tir şəhərində sursat anbarında materialların zərərsizləşdirilməsi əməliyyatı zamanı baş verən partlayış nəticəsində 6 əsgər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Ajans.az Livan ordusuna istinadən xəbər verir ki, hadisə Turun Zibkin Vadisi bölgəsində yerləşən sursat anbarında qeydə alınıb. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.
Partlayışın səbəbləri araşdırılır. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına əsasən, hadisə İsrailin əvvəlki hücumlarından qalan sursatların zərərsizləşdirilməsi zamanı baş verib.
Livan Rəyasət Heyətinin “X” sosial şəbəkəsindəki açıqlamasına görə, prezident Cozef Aun ölən əsgərlərin ailələrinə və orduya başsağlığı verib. Baş nazir Navaf Salam da sosial mediada paylaşım edərək həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı bildirib.
Mövzular: