Reklam resmi
Reklam resmi

Cey Vensdən AÇIQLAMA: ABŞ Fələstini...

Cey Vensdən AÇIQLAMA: ABŞ Fələstini...
Dünya

ABŞ vitse-prezidenti Cey Vens ölkəsinin İsraillə Qəzzada hədəflərinin eyni olduğunu, lakin bu hədəflərə çatmaqda fikir ayrılığının olduğunu deyib.

Ajans.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, Vens ABŞ administrasiyasının əsas iki məqsədinin HAMAS-ın mülki şəxslərə gələcək hücumlarının qarşısının alınması və Qəzzadakı humanitar böhranın həll edilməsi olduğunu vurğulayıb.

“Orada fəaliyyətdə olan bir hökumətin olmadığını nəzərə alsaq, Fələstin dövlətini tanımağın nə mənaya gəldiyini bilmirəm”, - o, bəzi ölkələrin Fələstin dövlətini tanımaq qərarına münasibət bildirərkən bu cümlələri işlədib və ABŞ-ın Fələstini tanımayacağını bəyan edib.

Mövzular:
ABŞ İsrail Qəzza münaqişə Fələstin

Digər Xəbərlər