Reklam resmi
Reklam resmi

İlon Maskın AI Grok platformasının Qəzza ilə bağlı yalanları ifşa olundu

İlon Maskın AI Grok platformasının Qəzza ilə bağlı yalanları ifşa olundu
Dünya

Son həftələrdə X sosial şəbəkəsi istifadəçiləri, Qəzzada aclıqdan əziyyət çəkən uşaqların fotolarının həqiqiliyini süni intellekt sistemi Grok-a soruşublar.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Grok bir sıra hallarda bu görüntüləri saxta adlandırıb, onların Qəzza ilə bağlı olmadığını və ya illər öncəyə aid olduğunu iddia edib.

İspaniyanın ictimai yayım qurumu RTVE və bir sıra beynəlxalq media orqanları bu iddiaları araşdıraraq, Grokun təqdim etdiyi məlumatların yalan olduğunu təsdiqləyib. Fakt yoxlamalar göstərib ki, Grokun “köhnə və başqa ölkələrdən” olduğunu iddia etdiyi bütün şəkillər real, aktual və məhz Qəzzada çəkilib.

Məsələn, ABŞ senatoru Bernie Sanders-in paylaşdığı və Grokun “2016-cı ildə Yəməndə çəkilib” dediyi iki foto, əslində, 23 iyul 2025-ci ildə AP fotoqrafı Cehad Alshrafi tərəfindən Qəzzanın Şati qaçqın düşərgəsində lentə alınıb. BBC-nin fakt yoxlayıcısı Şayan Sərdarizadə də Grokun iddiasını yalanlayıb.

Bundan başqa, Grokun “Yəmən” kimi təqdim etdiyi və Liberal İslam Partiyasının deputatı Aymerik Karonun paylaşdığı şəkil, 2 avqust 2025-ci ildə AFP fotoqrafı Ömər əl-Kattaa tərəfindən Qəzzada çəkilib. AFP-nin öz fakt yoxlama platforması AFP Factual da fotonun müəllifliyini və çəkildiyi yeri təsdiqləyib.

Eyni şəkildə, Anadolu Agentliyi və Associated Press tərəfindən yayımlanan digər aclıq görüntüləri də Grok tərəfindən yanlış kontekstdə təqdim olunub.

Araşdırmalar göstərir ki, Grok Qəzzada humanitar böhranı əks etdirən çoxsaylı real fotoları əsassız şəkildə saxta elan edib, bununla da ictimaiyyəti yanlış məlumatlandırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İlon Mask AI Grok

Digər Xəbərlər