Reklam resmi
Reklam resmi

Avstraliyada məhkəmə işi ölkəni sarsıtdı

Avstraliyada məhkəmə işi ölkəni sarsıtdı
Dünya

Viktoriya ştatının Ali Məhkəməsi tərəfindən qayınata-anası Don və Gail Pattersonu, həmçinin Gailin bacısı Heather Wilkinsonu ölümcül “ölüm qapağı” göbələkləri ilə zəhərləyərək öldürməkdə təqsirli bilinən 50 yaşlı Erin Patterson-un işi ilə bağlı yeni məhkəmə sənədləri açıqlanıb.

Ajans.az Associated Press-ə xəbər verir ki,qadının ayrıldığı həyat yoldaşı Simon Patterson, hadisələrdən bir ildən çox əvvəl onun tərəfindən zəhərlənməyə cəhd edildiyindən şübhələnib.

Simon Patterson ifadəsində bildirib ki, nahar dəvətindən imtina edib, çünki “iştirak etsəm, məni zəhərləmək riski olacağını düşündüm”. O, 2015-ci ildən bəri ayrı yaşadığı arvadının hazırladığı yeməkləri yeməyi dayandırsa da, digər ailə üzvlərinin risk altında ola biləcəyini ağlına gətirmədiyini deyib.

Erin Patterson, Leongatha qəsəbəsində təşkil olunan ailə naharında “mal əti Vellinqton” xəmirləri içində zəhərli göbələklər təqdim edərək üç nəfərin ölümünə, bir nəfərin isə ağır zəhərlənməsinə səbəb olmaqda günahkar bilinib. Sağ qalan yeganə qurban – Heather Wilkinson-un həyat yoldaşı İan Wilkinson – həftələrlə xəstəxanada qalıb.

İstintaq materiallarına görə, Patterson əvvəllər də ərini bir neçə dəfə – penne bolonez, toyuq korma və tərəvəz köri yeməkləri ilə – zəhərləməyə cəhd etməkdə şübhəli sayılıb, lakin bu hadisələrdə heç bir zəhər tapılmayıb. İddia edilən zəhərlənmələr əsasən ailə düşərgə səfərlərində baş verib.

Hakim Kristofer Beale medianın tələbi ilə daha əvvəl məhkəmə materiallarına qoyulan qadağanı ləğv edib. Müdafiə tərəfi isə bu sübutların ictimaiyyətə açıqlanmasının, mümkün yenidən məhkəmə prosesi olarsa, münsiflər heyətinin obyektivliyinə zərər verə biləcəyini iddia edir.

Erin Patterson-un hökmü avqustun 25-də elan olunacaq. O, üç qətl ittihamı üzrə ömürlük həbs, adam öldürməyə cəhd ittihamı üzrə isə 25 il həbs cəzası ilə üzləşir. Müdafiə tərəfi artıq hökmə qarşı apellyasiya şikayəti vermək niyyətindədir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya Associated Press

Digər Xəbərlər