Uitkoff keçirdiyi görüş barədə Ukrayna və Avropanı MƏLUMATLANDIRACAQ
ABŞ Prezidenti Donald Trampın xüsusi təmsilçisi Stiv Uitkoff Ukraynanı və Avropa ölkələrini Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələri barədə məlumatlandıracaq.
Ajans.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Qeyd edək ki, bu məqsədlə S.Uitkoff xüsusi onlayn-brifinq keçirəcək.
Brifinqdə Vladimir Putinlə görüş barədə Ukrayna və Avropa ölkələrinin səlahiyyətlilərinə məlumat verəcək. Kiyevlə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Finlandiya rəsmiləri də onlayn görüşdə iştirak edəcəklər.
Mövzular: