Suqovuşan qəsəbəsi ərazisində yanğın BAŞLADI
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.
Ajans.az APA-ya istinadən xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb.
Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Buna baxmayaraq, yanğın rayonun Suqovuşan qəsəbəsi ərazisindəki meşə massivindən çıxıb.
Hazırda yanğın daha da genişlənmək üzrədir.
Təbii fəlakət zamanı ərazidə 2 mina partlayışı qeydə alınıb.
Hazırda yanğın baş verən ərazilərdə mina çox olduğundan, FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən bölgəyə daxil olmağa çətinlik çəkirlər.
Mövzular: