Karabükdə meşə yanğını yenidən başladı
Karabükün Arıcak kəndi yaxınlığındakı meşəlik ərazidə avqustun 5-də nəzarət altına alınan yanğın yenidən başlayıb.
Ajans.az xəbər verir ki,adisə yerinə itfaiyyə və Orman İdarəsinə məxsus arazözlər cəlb olunub. Ərazinin yüksək və meylli olması yanğının söndürülməsini çətinləşdirir.
Karabük Valiliyinin məlumatına görə, saat 14:00 radələrində Soğuksu məhəlləsi Melise Caddesi qarşısındakı ərazidə tüstü müşahidə edilib və dərhal müdaxilə olunub.
Yanğının söndürülməsinə 51 texnika, 3 helikopter və 161 nəfərlik heyət cəlb edilib. Əməliyyatlar fasiləsiz davam edir.
Mövzular: