Reklam resmi
Reklam resmi

Taksi sürücüsü gənc qadını yumruqlayıb

Taksi sürücüsü gənc qadını yumruqlayıb
Dünya

İstanbulun Esenyurt rayonunda taksi sürücüsü ilə gənc qadın arasında baş verən mübahisə şiddətə çevrilib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,yolun qarşısını keçmək istəyən qadınla sürücü arasında yaşanan insidentdə sürücü qadını yumruqlayaraq huşunu itirməsinə səbəb olub.

Hadisə ötən gecə Esenyurtun Bağlarçeşme məhəlləsində qeydə alınıb. Məlumata görə, 34 TAN 59 dövlət nömrə nişanlı taksinin sürücüsü Arda P. qadının yolu keçməsinə imkan verməyib. Bu səbəbdən qadın taksinin qarşısını kəsib və sürücünün fotosunu çəkib.

Sürücü avtomobildən düşərək qadını yumruqla vurub, nəticədə qadın huşunu itirib. Arda P. hadisə yerindən qaçaraq izini itirib. Ətrafda olan şəxslər yaralı qadını dərhal xəstəxanaya çatdırıblar.

Qadın polisə şikayət ərizəsi yazıb və hadisə anı mobil telefonla lentə alınıb. Faktla bağlı araşdırma aparılır.

Mövzular:
İstanbul Türkiyə

Digər Xəbərlər