Reklam resmi
Reklam resmi

Iğdırda insan alveri əməliyyatı: 7 nəfər həbs olundu

Iğdırda insan alveri əməliyyatı: 7 nəfər həbs olundu
Kriminal

Iğdırda “insan alveri, fahişəliyə təhrik, təşviq və məcbur etmə” ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfərdən 7-si həbs edilib.

Ajans.az xəbər verir ki,Əyalət Polis İdarəsinin Qaçaqmalçılıqla Mübarizə və Sərhəd Qapıları Şöbələrinin əməkdaşları, Baş Respublika Prokurorluğunun koordinasiyası ilə “insan alveri və fahişəliyə şərait yaratma” halları üzrə araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində 4-ü əyləncə məkanı olmaqla ümumilikdə 14 ünvanda eyni vaxtda reydlər keçirilib.

Əməliyyat zamanı 14 nəfər şübhəli şəxs qismində saxlanılıb. Axtarışlar zamanı 5 litr saxta spirtli içki və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılanlardan 6 nəfər ifadələrinin alınmasından sonra sərbəst buraxılıb. 7 nəfər ədliyyəyə təhvil verilərək məhkəmə qərarı ilə həbs olunub. Digər bir şübhəli isə məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılıb.

Əməliyyat çərçivəsində məcburi əməyə cəlb olunduqları müəyyən edilən 32 əcnəbi qadın deportasiya olunmaları üçün Qeyri-qanuni Mühacirlərin İlkin Qəbul və Yönləndirmə Mərkəzinə təhvil verilib.

Mövzular:
Iğdır Türkiyə

Digər Xəbərlər