Qəzzada humanitar yardımın paylanması zamanı faciə: 20 nəfər ölüb
Qəzzada humanitar yardım daşıyan yük maşınının insanların üzərinə aşması nəticəsində azı 20 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.
Ajans.az RİA Novosti-ə istinadən xəbər verir ki,hadisə çərşənbə axşamı gecə saatlarında baş verib. Yardım almaq üçün toplaşan izdihamın olduğu əraziyə ərzaq daşıyan yük maşını aşıb və nəticədə bir çox insan faciəvi şəkildə ölüb və yaralanıb.
Qəzza səlahiyyətliləri bildiriblər ki, İsrail Müdafiə Qüvvələri (IDF) yük maşınını bombardman nəticəsində zədələnmiş təhlükəli yollarla bilərəkdən yönləndirmiş ola bilər.
İsrail tərəfi hadisə ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman bəyan etmişdi ki, ölkə rəhbərliyi Qəzza zolağında müharibənin məqsədlərinə çatmaq üçün yaxın zamanda yeni tədbirlər həyata keçirməyi planlaşdırır.
Mövzular: