Bu gün Uitkoffun Rusiya rəhbərliyi ilə GÖRÜŞƏCƏK
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun avqustun 6-da Rusiya rəhbərliyi ilə görüşü gözlənilir.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmisi bu gün Rusiya rəhbərliyi ilə görüş üçün Moskvada olacaq.
Agentlik qeyd edib ki, Vaşinqton administrasiyasının nümayəndələri Amerika lideri Donald Trampın xüsusi nümayəndəsinin iş qrafikinin təfərrüatlarını təqdim etmirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsinin avqustun 6 və ya 7-də Rusiyaya səfər edə biləcəyini bildirmişdi.
Mövzular: