Reklam resmi
Reklam resmi

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə ÇAĞIRIŞ ETDİ

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə ÇAĞIRIŞ ETDİ
Cəmiyyət

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi ilə bağlı birgə müraciət ediblər.

Ajans.az fhn.gov.az-a istinadən xəbər verir ki, Fövqalədə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi ilə bağlı çağırış yayınlayıblar. 

Çağırışda qeyd olunub ki, ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.*

Yay mövsümündə havaların isti və quraq keçməsi meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər.

Gəlin təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək.

Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir.

Ajans.az çağırışın videosunu sizlərə təqdim edir:

Mövzular:
DİN FHN birgə müaricət çağırış əhali yanğın təhlükəsizlik

Digər Xəbərlər