Reklam resmi
Reklam resmi

Dubayda Hoteldə partlayış zamanı 2 NƏFƏR AZƏRBAYCANLI XƏSARƏT ALIB - ÖZƏL

Dubayda Hoteldə partlayış zamanı 2 NƏFƏR AZƏRBAYCANLI XƏSARƏT ALIB - ÖZƏL
Dünya
1392

Dubayın Deira rayonunda yerləşən Hayat Palace otelində dəhşətli partlayış baş verib.

Ajans.az-ın əldə etdiyi məlumata görə partlayış zamanı 2 Azərbaycanlı xəsarət alıb.

Onların ağır yanıq xəsarətləri aldığı deyilir. Son durumları barədə dəqiq məlumat verilmir. 

Xəsarət alanlar arasında 2 nəfərdən artıq Azərbaycanlının olub olmaması barədə hələlik məlumat yoxdur. Hadisə ilə bağlı 2 nəfərin öldüyü bildirilir. 

Qeyd edək ki, hadisə zamanı ölən şəxslər Azərbaycan vətandaşı deyil.

Partlayış baş verən ərazi azərbaycanlıların ticarət üçün ən çox səfər etdiyi rayondur.

Mövzular:
Dubay

Digər Xəbərlər