Reklam resmi
Reklam resmi

Sloveniyadan İsrailə bağlı TARİXİ QƏRAR

Sloveniyadan İsrailə bağlı TARİXİ QƏRAR
Dünya

Sloveniya hökuməti İsrailə silah ixracı və idxalını, habelə öz ərazisindən İsrailə silah tranzitini qadağan edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi oldu.

Ajans.az xəbər verir ki, bu barədə Slovaniya Respublika Höküməti (Vlada Republike Slovenije) X platformasında paylaşım edib.

Məsələ ilə bağlı, Sloveniya hökuməti yazılı açıqlama yayıb. Sloveniya hökuməti baş nazir Robert Qolobun göstərişi ilə İsrailə silah ixracı və idxalına, eləcə də Sloveniya ərazisindən İsrailə silah tranzitini tam qadağan etmək qərarına gəldiyini bildirib.

Verilən bəyanatda Avropa İttifaqının daxili fikir ayrılıqları və bölünmələr səbəbiylə belə bir qərar verə bilmədiyi vurğulanır: "Nəticələr utanc vericidir. Qəzzada insanlar sistematik olaraq humanitar yardımdan məhrum olduqları üçün ölürlər. Dağıntılar altında, içməli su, qida və sağlamlıq imkanlarından məhrum olaraq ölürlər" ifadəsi işlədilib.

Bəyanatda İsrailin qəsdən humanitar yardımların əldə edilməsinə mane olduğu vurğulanaraq, "Belə vəziyyətlərdən məsul olan hər bir dövlət hərəkətə keçməlidir. Sloveniya beynəlxalq hüququn və insan haqlarının qorunması üçün prinsipial bir müdafiəçidir" ifadəsi əlavə edilib. İsrailin humanitar hüquq normalarını ciddi şəkildə pozmasına qarşı hökumətin qarşıdakı günlərdə konkret addımlar atmağa davam edəcəyi qeyd edilən bəyanatda, "Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi oldu" ifadəsi işlədilib.

Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Sloveniya İsrail hökumət nazir qadağa

Digər Xəbərlər