Ərdoğandan yeni qərar: Tətil dayandırıldı
Prezident Rəcəb Tayyib Ərdoğan, Eti Maden Müəssisələrində sabah başlaması planlaşdırılan tətili “milli təhlükəsizliyi pozucu xarakter daşıdığı” səbəbi ilə 60 gün müddətinə təxirə salıb.
Ajans.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, sabah Eti Maden Müəssisələrində başlaması gözlənilən tətili təxirə salıb.
Qərar, Eti Maden Müəssisələrinə bağlı Ankarada, Balıkesirdə, Eskişehirdə və Kütahyadakı dörd müəssisəni əhatə edir.
Həftənin əvvəlində Türk-İş-ə bağlı həmkarlar ittifaqları, kollektiv əmək müqaviləsi danışıqlarında razılıq əldə olunmaması səbəbilə tətil qərarı aldıqlarını açıqlamışdılar. Bu qərarın ilk olaraq 2100 işçinin iştirakı ilə sabah Eti Maden müəssisələrində tətbiq olunması gözlənilirdi.
Danışıqlarda işəgötürən tərəf işçilərə bu ilin ilk altı ayı üçün 24 faiz, ikinci altı ay üçün isə 11 faiz maaş artımı təklif etmişdi. Gələn il üçün isə altı aylıq dövrlərlə müvafiq olaraq 10 faiz və 6 faiz artım təklifi verilmişdi.