Rusiya Xarkovu vurdu: ölənlər var
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Novoplatonovka kəndini atəşə tutub.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 5 mülki şəxs həlak olub, daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, bu gün günorta saatlarında edilən hücumda reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib.
Mövzular: