Reklam resmi
Reklam resmi

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə SƏFƏRDƏDİR

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə SƏFƏRDƏDİR
Dünya

Ankara hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət olub.

Ajans.az xəbər verir ki, bu barədə Akordanın Mətbuat xidməti məlumat yayıb.

Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Tokayevin gəlişi şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

"Qonaqpərvərliyinizə görə sizə təşəkkür etmək istəyirəm. Görüş üçün xüsusi olaraq hava limanına gəlməyiniz mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında heç bir ziddiyyət yoxdur. Bizi təkcə dostluq deyil, həm də səmərəli əməkdaşlıq bağlayır. Sabah bizim mühüm danışıqlarımız olacaq", - Tokayev bildirib.

Qeyd edək ki, iyulun 29-da dövlət başçıları Qazaxıstanla Türkiyə arasında genişləndirilmiş strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparacaqlar.

Mövzular:
Qazaxıstan Türkiyə prezident səfər görüş Ərdoğan Tokayev

Digər Xəbərlər