Reklam resmi
Reklam resmi

Rusiyada vəzifəli şəxs işindən UZAQLAŞDIRILIR

Rusiyada vəzifəli şəxs işindən UZAQLAŞDIRILIR
Dünya
405

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov vəzifədən çıxarılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın “İnsayder” Teleqram kanalı məlumat yayıb.

“Prezident Administrasiyasında Baş Qərargah rəisinin istedadının tükətdiyini etiraf edirlər və o, daha gənc və daha mütərəqqi general timsalında əvəzləyici tapmalıdır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, artıq Gerasimovun toxunulmazlığını qoruyub saxlamaqla işdən çıxarılmasını rəsmiləşdirmək istəyirlər:

“Gerasimov cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsi olmadan qocalığını yaşayacaq və istəsə, Baş Qərargah Akademiyasının rektoru postunu tuta biləcək və burada şəxsi heyətin nəzəri hazırlığına diqqət yetirəcək”.

Mövzular:
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov

Digər Xəbərlər