Rusiyada maşın PUA ilə vuruldu: Ölənlər var
Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda baş verən dron hücumu nəticəsində 2 nəfər həyatını itirib.
Ajans.az xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb.
O bildirib ki, Zimovniki–Remontnoye–Elista avtomobil yolunun yaxınlığında pilotsuz uçuş aparatı avtomobili vurub və nəticədə maşın yanaraq külə dönüb.
Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir, hadisə yerində müvafiq qurumlar çalışır.
Mövzular: