Reklam resmi
Reklam resmi

Qərbi Azərbaycanda hərbi bazaya hücum: ölən və yaralanan var

Qərbi Azərbaycanda hərbi bazaya hücum: ölən və yaralanan var
Dünya

İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt bölgəsinin Aqlan kəndi yaxınlığında SEPAH-ın bazasına hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

SEPAH-ın “Qərbi Azərbaycan Şəhidləri” bazasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Şakir bildirib ki, bir neçə saat əvvəl terrorçu qruplaşmanın üzvləri Sərdəştin Aqlan kəndi yaxınlığında SEPAH bazasına atəş açıb, nəticədə bir “Bəsic” döyüşçüsü həlak olub, digəri isə yaralanıb.

Qrupun kimliyi və hücumun motivi ilə bağlı əlavə təfərrüat yoxdur. Hücumun hədəfinin bölgədəki SEPAH hərbi bazası olduğu bildirilib.

Mövzular:
Qərbi Azərbaycan ölən hərbi baza

Digər Xəbərlər