İyulun 26-sı Rusiyada matəm günü ELAN EDİLDİ
Dünən Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışdan sonra iyulun 26-sı matəm günü elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busargin öz "Telegram" kanalında məlumat verib.
Qubernator əlavə edib ki, şənbə günü bütün bölgədə, o cümlədən Saratov vilayəti və bələdiyyələrin bayraqları endiriləcək.
Son məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb.

Xatırladaq ki, Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında baş verən partlayış haqqında Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yaymışdı.
Ajans.az hadisə yerindən video görüntüləri sizlərə təqdim edir:
Mövzular: