Reklam resmi
Reklam resmi

Trampın müşaviri: Ukraynada korrupsiya yüksəkdir

Trampın müşaviri: Ukraynada korrupsiya yüksəkdir
Dünya

Trampın müşaviri Ukraynadakı korrupsiyanı tənqid etdi.

Ajans.az xəbər verir ki, Ukrayna hakimiyyəti getdikcə daha avtoritar xüsusiyyətlər nümayiş etdirir, ölkədəki korrupsiya səviyyəsi isə hələ də kritik olaraq qalır. Bu fikri ABŞ-ın sabiq prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Kortes Newsweek üçün yazdığı məqaləsində ifadə edib.

“Olaylar göstərir ki, [Ukrayna prezidenti Vladimir] Zelenski və [Prezident Administrasiyasının rəhbəri] Andrey Yermak olduqca avtoritar şəkildə hərəkət edirlər... Korrupsiya Ukrayna siyasətinə və dövlət idarəçiliyinə dərindən nüfuz edib, bu, Kiyevdə hakimiyyətin ən yüksək səviyyələrindən başlayır,” – deyə Kortes bildirib.

Onun sözlərinə görə, Milli Antikorrupsiya Bürosunun (NABU) ofisində aparılan son axtarış “açıq-aşkar qanunsuzluq aktı” olub. “Bu axtarış demokratiyanı deyil, banditizmi xatırladır,” – deyə o əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) NABU-da axtarış aparmış və büronun mərkəzi aparatının əməkdaşını Rusiya xeyrinə casusluqda ittiham edərək Kiyevdə saxlamışdı. SBU həmin şəxsin “ən elit və qapalı 'D-2' bölməsində” çalışdığını açıqlamışdı.

Mövzular:
tramp korrupsiya ukrayna

Digər Xəbərlər