Qonşu ölkədə 3 günlük matəm elan edildi
Rusiyanın Amur vilayətində An-24 təyyarəsinin qəzasında ölənlərlə bağlı üçgünlük matəm elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri qubernator Vasili Orlova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, regionun bütün ərazisində bayraqlar 25, 26 və 27 iyul tarixlərində endirilmiş vəziyyətdə olacaq.
Mövzular: