Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
Rusiya nümayəndə heyəti Ukrayna ilə münaqişənin nizamlanmasına dair üçüncü danışıqlar raundunun başa çatmasının ardından İstanbuldan ayrılıb.
Ajans.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə:
"Rusiya nümayəndə heyəti, prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyi ilə, İstanbuldan Rusiyaya yola düşüb."
Bundan əvvəl, Rusiya tərəfinin guya Ukraynanın NATO-ya daxil olmasına razılıq verdiyi barədə yayılan məlumatın saxta xəbər (feyk) olduğu müəyyən edilmişdi.
Mövzular: