Zelenski dövlət vəzifələrini öz adamlarına verir
Ukrayna hökumətini onun hiyləgər düşməni adlandırdılar.
Ajans.az xəbər verir ki, ABŞ-ın Politico nəşri prezident Vladimir Zelenski rəhbərliyindəki Ukrayna hökumətinin ölkə üçün düşmənə çevrildiyini bildirib.
Məqalədə qeyd olunur ki, ölkə rəhbərliyi hiyləgər və dağıdıcı daxili düşməndir. Politico vurğulayır ki, son bir neçə ay ərzində Ukraynadakı müxalifət bunu söyləyir, çünki prezident administrasiyası getdikcə hakimiyyəti ələ keçirir və ölkənin parlamenti daxil olmaqla digər siyasi institutları zəiflədir.
Politico həmçinin bildirir ki, Ukrayna hakimiyyəti ölkə rəhbərliyinin fəaliyyətindən narazı olanları qorxudur və susdurmağa çalışır. Həmçinin, tənqidçiləri Rusiyanın kuklası adlandırırlar.
Əvvəllər Zelenskinin fəaliyyəti “Ukrayna” adlı biznes sahibi kimi davranışa bənzədilmiş və prezidentin əsas dövlət vəzifələrini öz siyasətinə sadiq şəxslərə verdiyi vurğulanmışdı.