Reklam resmi
Reklam resmi

Daha bir aviaqəza: Təyyarə eniş edərkən yandı... 

Daha bir aviaqəza: Təyyarə eniş edərkən yandı... 
Dünya

Honq-Konqdan Dehliyə uçan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş etdikdən sonra yanıb.

Ajans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, yanğın köməkçi enerji blokunda sərnişinlərin enişi zamanı baş verib. Təhlükəsizlik protokollarında nəzərdə tutulduğu kimi sistem avtomatik olaraq cihazı söndürüb. Yanğının tez bir zamanda qarşısı alınıb, itki yoxdur.

Bütün sərnişinlər və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Təyyarəyə cüzi ziyan dəyib və hadisənin səbəbləri araşdırılana qədər müvəqqəti istismardan çıxarılıb.

Qeyd edək ki, bu, son aylarda “Air India” aviaşirkəti ilə bağlı baş verən ikinci insidentdir. İyunun 12-də Londona uçan “Boeing 787-8” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və 241 nəfərin həyatına son qoyub.

Mövzular:
qəza təyyarə Airİndia sərnişin göyərtə insan

Digər Xəbərlər