İtaliyada DƏHŞƏTLİ QƏZA - Təyyarə magistral yolda...
İtaliyada təyyarə magistral yolda qəzaya uğrayıb, 2 nəfər həlak olub.
Ajans.az İtaliya KİV-nə istinadən xəbər verir ki, İtaliyanın şimalında Brescia yaxınlığında A21 şosesində ultra yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
İtaliyanın yanğınsöndürmə xidməti sosial mediada yerli vaxtla saat 13:00 radələrində Brescia yaxınlığındakı A21 şossesinin Castel Mella ərazisində kiçik təyyarənin qəzaya uğradığını açıqlayıb.
Açıqlamada iki nəfərin hadisə yerində ölü tapıldığı qeyd edilib.
Təyyarənin zərbəsi nəticəsində heç bir avtomobilə ziyan dəymədiyini, ancaq zərbədən sonra təyyarənin alovlandığı da açıqlamada vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: