Rusiya: Ukrayna vədlərini yerinə yetirmir
Moskalıkova Ukraynanın əsir mübadiləsi ilə bağlı yerinə yetirilməmiş vədlərindən danışdı.
Ajans.az xəbər verir ki,Ukrayna mülki şəxslərin mübadiləsi ilə bağlı verdiyi vədləri yerinə yetirməyib. Bu barədə Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat verib. Onun sözlərini "Siz Mayakı dinləyirdiniz" adlı Telegram kanalı yayıb.
Onun bildirdiyinə görə, qarşıdakı mübadilə çərçivəsində Ukraynada saxlanılan Kursk vilayətinin sakinləri geri qaytarılmayacaq.
“Onlar uğrunda iş, mübarizə davam edir. Söhbət 30 nəfərdən gedir. Hələlik Ukrayna tərəfinin verdiyi vədlər yerinə yetirilməyib,” – deyə Moskalkova bildirib.
Bundan əvvəl TASS xəbər vermişdi ki, Rusiya və Ukrayna arasında üçüncü danışıqlar raundu 24 iyulda İstanbulda keçiriləcək. Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski 23 iyul, çərşənbə günü Rusiya tərəfi ilə yeni görüş keçiriləcəyini elan etmişdi.