Son 5 dəqiqə ərzində Rusiyada beş zəlzələ BAŞ VERDİ
Rusiyanın Kamçatka bölgəsində cəmi 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.
Ajans.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, zəlzələlərin maqnitudası 5,3; 5,2; 5,1 və iki halda 4,8 bal təşkil edib.
Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.
Mövzular: