Reklam resmi
Reklam resmi

Türkiyə XİN-in bəyanatı: Yunanıstanın planı...

Türkiyə XİN-in bəyanatı: Yunanıstanın planı...
Dünya

Egey və Aralıq dənizi kimi qapalı və ya yarı qapalı dənizlərdə birtərəfli hərəkətlərdən qaçmaq lazımdır. Beynəlxalq dəniz hüququ bu dənizlərdə sahilyanı dövlətlər arasında, o cümlədən ətraf mühit məsələlərində əməkdaşlığı təşviq edir.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və İon dənizlərində iki dəniz parkı elan etməsini şərh edərkən bildirib.

“Bu kontekstdə xatırlatmaq istərdik ki, ölkəmiz Egey dənizində sahil dövləti olaraq Yunanıstanla əməkdaşlıq etməyə hər zaman hazırdır. Türkiyə də yaxın günlərdə dəniz ərazilərində ətraf mühitin qorunmasına yönəlmiş layihələrini açıqlayacaq”, - XİN-in bəyanatında qeyd olunub.

Mövzular:
Türkiyə XİN. Yunanıstan bəyanat Egey Aralıq dəniz plan

Digər Xəbərlər