ABŞ-ın maliyyə naziri bu ölkələrə XƏBƏRDARLIQ ETDİ
ABŞ Çinlə danışıqların növbəti raundunda Rusiya və İrandan neft alışı məsələsi qaldırıla bilər.
Ajans.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skot Bessent deyib.
“Düşünürəm ki, ticarətimiz yaxşıdır. Buna görə də, başqa şeylər haqqında danışmağa başlaya bilərik. Təəssüf ki, çinlilər sanksiyaya məruz qalmış İran və Rusiya neftinin əsas alıcılarıdır. Bu haqda müzakirələr apara bilərik”, - nazir bildirib.
Bessent Rusiya neftini alan ölkələrin sanksiyalara məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.
ABŞ Maliyyə Naziri Skott Bessent eyni zamanda Avropa ölkələrini ABŞ-nin Rusiyaya qarşı tarif siyasətinə qoşulmağa çağırıb.
İyulun 14-də ABŞ Prezidenti Tramp 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli tariflərin tətbiq ediləcəyini açıqlayıb.
Mövzular: