Reklam resmi
Reklam resmi

Lisenziya ilə fəaliyyət göstərən turizm şirkətlərinin sayı AÇIQLANIB

Lisenziya ilə fəaliyyət göstərən turizm şirkətlərinin sayı AÇIQLANIB
Cəmiyyət

Dövlət Turizm Agentliyindən Ajans.az-a verilən məlumata əsasən, 2015-ci ildən turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbi və birbaşa nəzarət mexanizmi yoxdur. Bu da bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların sayının artmasına səbəb olub. Hazırda ölkə ərazisində turizm sahibkarlığı ilə məşğul olan yüzlərlə şirkət fəaliyyət göstərir.

Ajans.az mövzunu araşdırmaq üçün Dövlət Statistika Komitəsinə sorğu göndərib.

Statistika Komitəsindən verilən cavaba əsasən, bildirilib ki, 2024-cü il üzrə turagentlər, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin sayı 381 vahiddir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Dövlət Turizm Agentliyi Dövlət Statistika Komitəsi Sahibkarlar

Digər Xəbərlər