Hərbi təyyarə məktəbə çırpıldı - 19 ölü, 50 yaralı
Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.
Hadisənin səbəbi açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: