Ajans.az xəbər verir ki, bu baradə Abbas Əraqçı öz X hesabında paylaşım edib. 

O, BMT Təhlükəsizlik Şurasının İslam Respublikasına qarşı sanksiyalarının yenilənməsinin mümkünsüzlüyünün lehinə arqumentlər irəli sürüb.

A.Əraqçi öz X hesabında yazıb: “Mən izah etdim ki, nə üçün Aİ-3-ün (Almaniya, Fransa və Böyük Britaniya  red.) JCPOA (Birgə Kompleks Fəaliyyət Planı  red.) və BMT-nin 2231 (2015) Qətnaməsinin mexanizmlərindən istifadə etmək üçün heç bir hüquqi, siyasi və ya mənəvi əsasları yoxdur”.

O qeyd edib ki, İranın fikrincə, Aİ-3 ölkələri İsrail və ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə zərbələrini dəstəkləyərkən JCPOA-nın əsas müddəalarından və öhdəliklərindən imtina ediblər. Beləliklə, Əraqçi hesab edir ki, Avropa dövlətləri JCPOA-dakı rollarından imtina etdilər və "BMT Təhlükəsizlik Şurasının dayandırılmış qətnamələrinin təsirini bərpa etmək üçün hər hansı cəhdləri etibarsız saydılar".

İranın xarici işlər naziri qeyd edir ki, Aİ-3 ölkələri “özlərinin sadiq olmadıqları qətnamədən sui-istifadə edərək BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıtmağa icazə verə bilməzlər və buu etməməlidirlər”. Onun fikrincə, üç Avropa dövləti 2020-ci ilin avqustunda səsləndirdikləri mövqeyə sadiq qalmalıdırlar ki, bu da "BMT Təhlükəsizlik Şurasında fikir ayrılıqlarını daha da kəskinləşdirəcək hər hansı hərəkətlərdən" çəkinməyi nəzərdə tutur.