Ərdoğan növbəti dəfə prezidentliyə NAMİZƏD OLA BİLƏR
Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişiklik etmədən də növbəti dəfə prezidentliyə namizəd ola bilər.
Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin müşaviri Mehmet Uçlum deyib.
O bildirib: "R.T.Ərdoğanın yenidən namizəd ola bilməsi üçün yeni konstitusiya və ya hazırkı konstitusiyaya dəyişiklik tələb olunmur. Məsələn, parlament 2027-ci ilin üçüncü rübünün sonunda və ya 2028-ci ilin əvvəlində ən azı 360 deputat səs çoxluğu ilə yeni seçkilərin keçirilməsinə qərar verərsə və Ərdoğan namizəd olmağa razı olarsa, o, bunu sonuncu dəfə edə bilər"
Mövzular: