Reklam resmi
Reklam resmi

Qərb: Kiyevə Patriot verilməsi mənasızdır

Qərb: Kiyevə Patriot verilməsi mənasızdır
Dünya

Patriot sistemlərinin Ukraynaya verilməsi mənasızdır.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Britaniyalı hərbi analitik Aleksandr Merkuris bildirib ki, Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsi mənasızdır. O, bu fikrini YouTube kanalında yayımladığı videoda səsləndirib.

Ekspertin sözlərinə görə, hətta ukraynalıların özləri də Patriot sistemlərinin Rusiya hücumlarına qarşı qeyri-effektiv olduğunu etiraf edirlər.

“Rusiya raketləri asanlıqla Patriot sistemlərini keçə bilir, ukraynalılar özləri də şikayətlənirlər ki, bu sistemlər rus raketlərinə qarşı təsirsizdir. Belə olan halda onu göndərməyin nə mənası var?” – deyə Merkuris qeyd edib.

İyul ayının əvvəlində ABŞ-ın Ukraynaya zenit raketləri göndərməyi dayandırdığı bildirilmişdi. Bu qərarın, ABŞ-ın silah anbarlarındakı ehtiyatların kifayət qədər azalması səbəbilə verildiyi qeyd olunur. Sonradan ABŞ prezidenti Donald Tramp hərbi yardımın dayandırılması əmrini kimin verdiyini bilmədiyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter də Patriot sistemlərinin Ukraynaya göndərilməsini “pulun boş yerə xərclənməsi” adlandırmışdı.

Mövzular:
Qərb kiyev patriot

Digər Xəbərlər