Reklam resmi
Reklam resmi

Britaniyada səsvermə yaşı dəyişir

Britaniyada səsvermə yaşı dəyişir
Dünya

Böyük Britaniyada növbəti ümumi seçkilərdə 16 yaş və yuxarı seçicilər səs verə biləcəklər.

Ajans.az xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərə hökumətinin yazılı açıqlamasında bildirilir ki, demokratiyanın müasirləşdirilməsi məqsədilə aparılan dəyişikliklərin bir hissəsi olaraq, 16 yaşlılara ölkədə keçirilən bütün seçkilərdə səsvermə hüququ veriləcək.

Açıqlamada həmçinin qeyd olunub ki, artıq işləyən, vergi ödəyən və orduda xidmət edən gənclərə cəmiyyətə töhfə verdiklərinə görə, onları təsir edən məsələlərdə səs vermək hüququ tanınacaq.

Mövzular:
britaniya səsvermə

Digər Xəbərlər