Reklam resmi
Reklam resmi

Tramp azyaşlıları kazinoya cəlb edirdi

Tramp azyaşlıları kazinoya cəlb edirdi
Dünya

ABŞ prezidenti Donald Tramp və maliyyəçi Ceffri Epşteyn azyaşlı qızlarla birlikdə kazinoya gediblər.

Ajans.az lenta-ruya istinadən xəbər verir ki, bu barədə CNN-ə açıqlamasında 1987–1990-cı illərdə Donald Trampın sahibi olduğu Trump Plaza, Hostel and Casino-nun keçmiş prezidenti və baş icraçı direktoru Cek O'Donnell məlumat verib.

“Donald və Ceffri bazar günü gecəsi, saat 01:30 radələrində kazinoya gəldilər. Bilirsiniz, iki dost. Onlarla üç qadın var idi. Qumar oyunlarına nəzarət komissiyası məni gözləyirdi, çünki saxlanılan qadınların kazinoya daxil olmaq üçün çox gənc olduqlarını öyrənmişdilər,” — deyə o bildirib.

O'Donnell-in sözlərinə görə, saxlanılan qızlar 19 yaşında olub, halbuki ABŞ-da kazinoya yalnız 21 yaşdan sonra daxil olmaq icazəlidir.

Daha əvvəl Tramp jurnalistlərin Epşteynlə bağlı suallarına görə qəzəblənmişdi.

Mövzular:
Donald Tramp Epşteyn ABŞ azyaşlı qızlar

Digər Xəbərlər