Rusiyada itkin düşən helikopterin bütün sərnişinləri ölü tapıldı
Rusiyada iyulun 14-də radarlardan itən Mi-8 helikopteri Xabarovsk diyarının Oxotsk rayonu ərazisində aşkar edilib.
Ajans.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, helikopter Oxotsk qəsəbəsindən 130 kilometr şimal-şərqdə, dağın yamacında yanmış vəziyyətdə aşkar edilib.
Mi-8-in göyərtəsində olan beş nəfərin hamısı həlak olub.
Mövzular: