Ajans.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bizə qarşı görünməmiş sayda sanksiyalar artıq elan edilib. Biz bunun öhdəsindən gəlirik və öhdəsindən gələcəyimizə şübhə etmirəm", - Lavrov vurğulayıb.

Xarici İşlər Nazirliyinin rəhbəri rusların “başqasına çuxur qazma” məsəlini də xatırladıb və qeyd edib ki, yeni anti-Rusiya sanksiyalarının müəllifləri son nəticədə zərər çəkəcək, bu da onların öz iqtisadiyyatına və beynəlxalq mövqelərinə zərbə vuracaq.