Aİ İranla bağlı yeni sanksiyaları təsdiqləyib
Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası Avropanın maraqlarını təhdid edən şəxslərə və qurumlara sanskiyaları təsdiq edib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Fransa xarici işlər naziri Jan Noel Barro məlumat verib.
Belə ki, sanksiyaya məruz qalanların arasında 9 iranlı şəxs və qurum var.
Onlar Avropa ərazisində terrorizmi yaymaqda günahlandırılır.
Fransa XİN rəhbəri Rusiyaya qarşı sanksiyaların da tezliklə təsdiqlənəcəyinə ümid etdiyini bildirib.
Mövzular: